Bazar ertəsi, 29 Aprel

"Vəziyyəti indiki kimi şansa buraxsaq, xilas şansımız olmayacaq" - Abramyan

image

“Qarabağ xalqı ilə səmimi söhbət etməliyik ki, insanlar ən mürəkkəb və çətin vəziyyətlərə hazır olsunlar”.

Xəbər verilir ki, bu barədə “Şərəfim var” partiyasından olan deputat, təhlükəsizlik məsələləri üzrə ekspert Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Qarabağın gələcək taleyi böyük xarici təsirdən əlavə, “respublika” daxilində real vəziyyətin düzgün qiymətləndirilməsindən və ona uyğun adekvat hərəkətlərdən çox asılıdır.

Əgər vəziyyəti indiki kimi şansa buraxsaq, o zaman açıq şəkildə deməliyəm ki, xilas şansımız olmayacaq.

Həm idarəetmə, həm təhlükəsizlik, həm də sosial-iqtisadi baxımdan, üstəlik, müxtəlif ssenarilərin hazırlanması variantlarını nəzərə alaraq, əsaslı dəyişikliklər etməliyik.

Və ən əsası, Qarabağ xalqı ilə açıq danışmalıyıq ki, insanlar ən mürəkkəb və çətin vəziyyətlərə hazır olsunlar. Qarabağda və onların ətrafında baş verənləri başa düşsünlər, çətinliklərə nə üçün düşdüklərini və hansı gözləntilərlə qarşılaşa biləcəklərini anlasınlar.

Görünən ümidsiz vəziyyətlərə baxmayaraq, hələ də irəliləyiş əldə etmək şansı var. Lakin bu, səriştəli insanların cəlb edilməsi və qıt resursların səfərbər edilməsi ilə çox iş tələb edir.

Bu yolda karyeristləri, avantüristləri, çətin anlarda qaçanları və təbii ki, Ermənistan hakimiyyətinin qidalandırdığı, yönləndirdiyi şəxsləri proseslərdən kənarlaşdırmaq lazımdır”, – deyə Abramyan yazıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39